İtkin düşən türk əsilli zabitin cəsədi tapıldı
1 ildir axtarışda olan 31 yaşlı türk əsilli zabit Dəniz Ardanın cəsədinin İsveçin paytaxtı Stokholmda tapılıb.
REPORTYOR.AZ xəbər verir ki, İsveç polisinin verdiyi məlumata görə, zabitin cəsədi 10 gün əvvəl Tyresta Milli Parkında aşkar edilib. Polislər qısa zamanda ailəsinə məlumat verərək, onun ölümünə səbəbin "cinayət" olmadığını bildirib.
Qeyd edək ki, İsveç Silahlı Qüvvələrində komando təlimini müvəffəqiyyətlə başa vuran və Hərbi Dəniz Qüvvələri Komando Məktəbi Komandirliyinə yüksələn Dəniz Arda 18 noyabr 2020-də itkin düşüb. Zabit sonuncu dəfə bir neçə ay əvvəl mağazaların birində alış-veriş edərkən, görüntülənib.
İsveç polisi zabitin ölümü barəsində araşdırma aparır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 9-03-2021, 10:45