mobil versiya

"İsveç NATO-ya üzv olmazdan əvvəl Macarıstanla münasibətlərini yaxşılaşdırmalıdır" - Orban



İsveç NATO-ya üzv olmazdan əvvəl Macarıstanla münasibətlərini yaxşılaşdırmalıdır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Qətər İqtisadi Forumunda deyib.
"Macarıstan və İsveç arasındakı siyasi əlaqələr çox pisdir. Biz mübahisəmizi NATO-ya daxil etmək istəmirik", - Orban bildirib.
Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın Ukraynanı işğal etməsindən sonra NATO-ya üzv olmaq üçün müraciət edib. Macarıstan Finlandiyanın alyansa qoşulmaq istəyini mart ayında ratifikasiya edib.
İsveçin hərbi ittifaqa qoşulmaq üçün müraciəti Türkiyə və Macarıstan tərəfindən ratifikasiya edilməyib. Budapeşt İsveçin Viktor Orbanın demokratiya və qanunun aliliyi ilə bağlı fəaliyyətini tənqid etməsinə qarşı sərt reaksiya verib.(APA)

KARUSEL / DÜNYA
Tarix: 23-05-2023, 16:39