mobil versiya

Rusiya bu müharibədə qalib gəlməyəcək - Şolts



Almaniya kansleri Olaf Şolts Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə qalib gəlməyəcəyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Almaniya kanslerinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hər kəs Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin dəhşətli görüntülərini görür, dağıntılar, çoxlu ölüm halları ilə bağlı xəbərləri eşidir.
“Lakin biz onu da bilirik ki, Rusiya bu müharibədə qalib gəlməyəcək”, - kansler bildirib.
O.Şolts əlavə edib ki, həm Almaniya, həm də bütövlükdə Avropa Rusiya Prezidenti Vladimir Putinin başlatdığı müharibədə öz “döyüşlərində” qalib gəlməlidir.
“Bilvasitə cəbhədən başqa, bir çox digər döyüş meydanları, o cümlədən bir çox Afrika ölkələri, Cənubi Amerika və Asiya xalqları üçün böyük təhlükə yaradan aclıq var. Buna görə də Ukraynadan taxılın ixrac oluna bilməsi üçün hər şey edildi. Edildi ki, dünyada aclıq olmasın”, - kansler əlavə edib.

DÜNYA
Tarix: 25-09-2022, 15:44



Şərh bildir
yenilə, əgər kod görünmürsə