mobil versiya

"Facebook"dan Rusiya ilə bağlı QƏRAR




İnstaqram və feysbuk sosial media platformalarının ana şirkəti olan "Meta" Ukrayna müharibəsini dəstəkləyən ruslara və müharibədə iştirak edən rus əsgərlərinə qarşı zorakılıq mesajlarına icazə vermək üçün qaydalarına dəyişiklik edib.

BAKU.WS "Reuters"a istinadla xəbər verir ki, şirkətin kommunikasiya direktoru bu barədə açıqlama verib: "Rusiyanın Ukraynaya təcavüzü nəticəsində "Rus işğalçılarına ölüm" kimi normal qaydalarımızı pozacaq zorakı siyasi ifadə formalarına müvəqqəti icazə veririk".

Həmçinin Meta Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putinə "ölüm" çağırışlı məzmuna da icazə verəcək.

Bundan əlavə, Ukrayna işğalını dəstəkləyən rusları hədəf alan məzmun bir müddət bloklanmayacaq.

Qeyd edək ki, Rusiyada feysbuk və tvitter olmaqla bir çox sosial media platformalarının istifadəsi bloklanıb.
SON XƏBƏR
Tarix: 11-03-2022, 16:00