mobil versiya

"Avropa İttifaqı (Aİ) ölkələri və NATO Ukraynaya qoşun göndərməyəcək" - Şolts



Avropa İttifaqı (Aİ) ölkələri və NATO Ukraynaya qoşun göndərməyəcək.
Bu barədə Almaniya kansleri Olaf Şolts yerli telekanalın efirində deyib.
Şolts bu barədə razılaşmanın lap əvvəldən olduğunu və Qərbdə bu barədə yekdil fikir formalaşdığını vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq İttifaqın Ukraynaya hərbçi göndərməyi planlaşdırmadığını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron isə fransız hərbçilərin Ukraynaya döyüşə göndərilməsini istisna etməyib.
Bundan başqa, Makron Ukraynaya silah tədarükü üzrə yeni koalisiyanın yaradılacağını elan edib.
KARUSEL / DÜNYA
Tarix: 27-02-2024, 17:45