mobil versiya

ABŞ Konqresi Ukraynaya yardımı tezliklə təsdiqləyə bilər


NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Ukraynaya yeni yardım paketini tez bir zamanda təsdiqləyəcəyini gözləyir.
TASS xəbər verir ki, o, bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.
“Avropa İttifaqının Ukraynaya yardımı (növbəti 4 il ərzində 50 milyard avro) təmin etmək qərarını alqışlayıram. ABŞ Konqresinin bunu tezliklə təsdiqləyəcəyini gözləyirəm”, - o qeyd edib.
Y.Stoltenberq yanvarın sonunda ABŞ-yə son səfəri zamanı respublikaçı konqresmenlərlə bir neçə görüş keçirərək onları Ukraynaya yardım paketini dəstəkləməyə inandırdığını vurğulayıb.(report)


KARUSEL / DÜNYA
Tarix: 14-02-2024, 16:10