mobil versiya

"Moskva suveren ölkələrin qərarına müdaxilə edə bilməz" - NATO Baş katibi



Ukrayna üçün üç maddəlik bir paket hazırlamışıq.
Bunu NATO baş katibi Yens Stoltenberq qeyd edib.
"Hal-hazırda əsas məsələ Ukraynanın mövcudluğunu qorumaqdır. Şərtlər yerinə yetirildikdən sonra biz Ukraynaya qoşulmaq üçün dəvət göndərəcəyik" - deyə o bildirib.
O qeyd edib ki, Finlandiya və İsveçin üzvlüyü ittifaqı daha da gücləndirəcək.
"NATO-nun genişlənməsi müttəfiq və namizəd ölkələrin qərarıdır, Moskva suveren ölkələrin qərarına müdaxilə edə bilməz." - deyə Stoltenberq əlavə edib.
Xatırladaq ki, dünən Rəcəb Tayyib Ərdoğan baş nazir Kristersson və NATO katibi Yens Stoltenberq arasında İsveçin üzvlüyünə dair üçlü görüş keçirilib.
KARUSEL / DÜNYA
Tarix: 11-07-2023, 19:27