NATO Baş katibi Ərdoğanın andiçmə mərasimində iştirak edəcək
NATO Baş katibi Yens Stoltenberq yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya səfər edəcək.
Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“NATO Baş katibi Yens Stoltenberq prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün şənbə günü Ankaraya gələcək”, – məlumatda deyilir.
Alyans Baş katibinin Türkiyə paytaxtına səfəri ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb. Stoltenberqin Ankarada görüşəcəyi siyasətçilərlə hansı mövzuları müzakirə edəcəyi barədə də məlumat yoxdur.
KARUSEL / DÜNYA
Tarix: 2-06-2023, 11:43