mobil versiya

Berlində Rusiyanın hərbi cinayətləri müzakirə olunacaq



Noyabrın sonunda Almaniya paytaxtı Berlində G7 ölkələrinin ədliyyə nazirlərinin görüşü baş tutacaq.
Görüşün əsas mövzusu Rusiya Federasiyasında hərbi cinayətlərdə şübhəli bilinən şəxslərin təqib edilməsi yollarının tapılması olacaq.
Bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman bildirib.
“Şübhəlilərin axtarışı və potensial müharibə cinayətlərinin aşkar edilməsi effektiv şəbəkə və beynəlxalq koordinasiya tələb edir”, - deyə o vurğulayıb.
Almaniya Ədliyyə Nazirliyinin rəhbəri Kanada, Fransa, İtaliya, Yaponiya, Britaniya və ABŞ-dan olan həmkarları ilə birlikdə Berlində keçiriləcək konfransda bu məsələləri müzakirə edəcək.
“Almaniya müharibə cinayətlərinin təqibi üzrə bütün dünyada yüksək reputasiyaya malikdir.  Çünki biz heç bir ölkədə olmadığı kimi, universal yurisdiksiya prinsipini fəal şəkildə həyata keçiririk”, - deyə Buşman əlavə edib.

SİYASƏT
Tarix: 12-11-2022, 15:44