mobil versiya

Azərbaycanda general istefa verdi




Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub. 

Bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.

Əmrə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, ədliyyə general-mayoru Fuad Cavadov vəzifəsindən azad olunub.

F.Cavadov öz istəyi ilə vəzifəsindən gedib. 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsi İlqar Cəfərova həvalə edilib. 

Qeyd edək ki, İ.Cəfərov bir müddət əvvəl nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat almışdı.

SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 10-04-2020, 12:58