mobil versiya

Gəncə 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub



Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis vəzifəsinə ədliyyə polkovnik-leytinantı Asif Quliyev təyin olunub.

O, bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.

KARUSEL / ÖLKƏ
Tarix: 27-09-2019, 21:57