mobil versiya

Joao Feliks “Əl-Nəsr”də məşqlərə başlayıb






“Çelsi”nin yarımmüdafiəçisi Joao Feliks artıq “Əl-Nəsr” klubu ilə məşqlərə başlayıb. Halbuki onun transferi hələ rəsmi olaraq təsdiqlənməyib.

Portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə məşqdə iştirak etdiyi görüntülər “Marca” nəşri tərəfindən yayımlanıb.

Bu isə yaxın günlərdə rəsmi transferin elan olunacağını göstərir.

Daha əvvəl yayılan məlumatlara görə, “Çelsi”nin futbolçusu Səudiyyə Ərəbistanı klubuna 30 milyon avroya keçməyə yaxındır. Razılaşmaya əsasən, bonuslar və gələcək satışdan ödəniləcək payla bu məbləğ 50 milyon avroya qədər yüksələ bilər.

Reportyor.az






KARUSEL / İDMAN
Tarix: Dünən, 16:27