mobil versiya

Xalq artisti İslam Rzayevin 90 illik yubileyi keçiriləcək






"Şöhrət" ordeni laureatı, Xalq artisti İslam Rzayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində xatirə gecəsi təşkil olunacaq.

İyunun 30-u, saat 19:00-da keçiriləcək tədbirdə İslam Rzayevin tələbələri, görkəmli xanəndələr, sənət adamları çıxış edəcəklər.

İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib.

Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.







KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-06-2025, 10:32