mobil versiya

Mərakeşli fortepiano ustası Mahmud El-Moussadi Bakıda: Musiqidə Mədəniyyətlərarası Dialoq





Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Ümümi Dünya Mədəniyyətlərarası Dialoq Günü münasibətilə Bakıda Beynalxaq Muğam mərkəzində keçirilən musiqi axşamında Mərakeşli fortepiano ifaçısı Mahmud əl-Musaui tamaşaçılar qarşısında geniş tematik diapazonlu klassik proqaramla çıxış edib. Bu konsert sadəcə bir ifa deyil, musiqi vasitəsi ilə xalqlar arasında mədəni dialoqun canlı nümunəsi oldu.

Reportyor.az musiqişünas Səfərli Nərminin konsertlə bağlı məqaləsini təqdim edir.

Tədbirin giriş hissəsində çıxış edən Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş, Ümumdünya Mədəniyyətlərarası Dialoq Gününün mənəvi və mədəni əhəmiyyətinə toxunaraq, bu kimi təşəbbüslərin BMT-nin Sivilizasiyalar Alyansı çərçivəsində insanlıq üçün daşıdığı universal dəyərləri vurğulayıb. Səfirin fikrincə, Mərakeş öz çoxəsrlik tarixində olduğu kimi bu gün də mədəniyyətlər və dinlər arasında körpülər qurmaqla, dialoqu və qarşılıqlı anlaşmanı təşviq edən siyasətə sadiq qalır. Bu baxımdan, konsertin özü də musiqi vasitəsilə qurulan belə bir körpünün canlı təzahürünə çevrilib.

Əl-Musaui səhnəyə sadəcə musiqi ifaçısı kimi deyil, həm də dinləyicilərlə mədəniyyətləri birləşdirən bir bələdçi kimi çıxdı.Hər əsərdən öncə o,bəstəkarın həyatı və dövrü haqqında maraqlı məlumatlar təqdim edərək, dinləyicini həm tarixi,həm də bəddi baxımdan əsərə hazırlayırdı.
Konsert Domeniko Skarlattinin “Mi major” sanatası ilə başladı. Skarlattinin İspan musiqisindən bəhrələnən fortepiano dilini ustalıqla təqdim edən Əl-Musaui, barokkonun melodik ritmində dinamik və işıqlı interpretasiya nümayiş etdirdi.



Yozef Haydnın Mi minor sanatası isə klassik dövrün dramatik tərəfini ön plana çıxardı. Formaya sadiq qalaraq daxili ekspressiyanı qoruyan bu ifa, Haydn yaradıcılığına peşəkar yanaşmanın göstəricisi idi.
Ardınca səslənən Kloud Debüssinin noktürnü və Nabil Benabdulcalilin birinci və beşinci noktürnləri, fortepiano dilinin fərqli coğrafiyalarda necə fərqli duyğular yaratdığını sübut etdi. Debüssinin imperssionist incəliyi ilə Benabdulcalilin Şimali Afrika ruhu arasında bəddi körpü yaradıldı.

Robert Şumanın "Vyana Karnavalı" əsərində romantik dövrün daxili dünyası,fərqli obraz və maskalar vasitəsi ilə təqdim olundu. Əl-Musaid bu əsərdə emosional keçidləri tembr oyunları ilə ustalıqla qurdu.
Konsertin texniki baxımdan ən çətin əsəri olan Sergey Prokofievin ikinci etüdü, müasir musiqi üslubunun ritmik enerjisini və pianoçunun texniki bacarıqlarını üzə çıxardı.
Finalda isə Azərbaycan bəstəkarı Qara Qarayevin "Eskiz" əsəri səsləndi. Əl-Musaid bu əsəri xüsusi duyğusallıqla təqdim edərək, Azərbaycan musiqisinə olan hörmətini və marağını ifadə etdi.




Bu musiqi axşamı təkcə bir ifa proqramı deyil, həm də mədəniyyətlərarası səmimi bir dialoq, musiqi vasitəsilə insanları bir araya gətirən bəşəri bir çağırış idi. Mahmud Əl-Musainin yüksək peşəkarlıqla səsləndirdiyi hər bir əsər, dinləyicini zamanlar və coğrafiyalar arasında səyahətə çıxardı.






KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-06-2025, 12:34