mobil versiya

Sürücülərin nəzərinə: Bu yollar bağlanacaq




26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib. 

-    Səbail rayonu, Badamdar şosesi   (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev    
 küçəsinin kəsişməsinə qədər);
-     Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd     
       Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);
-     Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən -  
     Azadlıq prospektinə qədər);
-    Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);
-    Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);
-    Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy  Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər). 

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. (YOLLAR BAĞLANMIR)

AAYDA sürücülərdən hərəkətii əvvəlcədən planlamağı və müvəqqəti dəyişiklikləri nəzərə almağı xahiş edir.




KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-06-2025, 14:53