Paytaxtın bu ərazisində sabah su kəsiləcək

Bakının Xətai rayonunda suyun verilişində fasilə yaranacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 18:11