mobil versiya

Ramiz Mehdiyev həbs edildi, hakimiyyəti devirmək istəyirdi



Bakının Səbail Rayon Məhkəməsi Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə qərardad çıxarıb.

Qərara görə, məhkəmə xüsusilə ağır cinayətlərdə təqsirləndirilən Ramiz Mehdiyevin barəsində vəsatəti təmin edib və barəsində həbs qətimkan tədbiri olaraq 4 ay müddətinə ev dustaqlığı seçilib.

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddəsi ilə ittiham olunur.(Haqqın.az)



MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 22:26