mobil versiya

İran 6 ayda 1,45 milyon Əfqanıstan miqrantını ölkədən çıxarıb





İran bu ilin ilk altı ayı ərzində ölkədən 1,45 milyon Əfqanıstan miqrantının çıxarıldığını bildirib.

İRNA xəbər agentliyinin məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və Miqrantlar Mərkəzinin rəhbəri Nader Yar Əhmədi deyib: "Bu ilin ilk altı ayında xarici vətəndaşların icazəsiz gedişlərinin sayı 1,45 milyona çatıb. Əfqanıstan miqrantlarının çıxarılması davam edir və yaxın gələcəkdə oxşar sayda miqrantın deportasiyası gözlənilir. İranda əvvəllər altı milyona çatan Əfqanıstan miqrantlarının sayı hazırda 4,5 milyona düşüb".

O, həmçinin bildirib ki, Əfqanıstan və İran kişi və qadınları arasında 80.000 nikah qeydə alınıb (40.000 Əfqan iranlı ilə evlənib və əksinə). Uşaqları da daxil olmaqla, bu ailələrin əhalisi təxminən 250.000 nəfərdir.

Bu ailələrin uşaqlarının şəxsiyyət vəsiqələri ilə bağlı Əhmədi deyib ki, iranlı analardan və ya atalardan doğulan uşaqlar və əksinə, doğum haqqında şəhadətnamə almaq hüququna malikdirlər.


Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:05