Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin olunub.
Milli Məclisin bugünkü plenar iclasında bununla bağlı müvafiq qərar səsverməyə qoyularaq qəbul edilib.
Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynov Ali Məhkəmənin hakimi təyin ediliblər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:41


























