mobil versiya

Prezident bir sıra məhkəmələrə sədrlər təyin edib




Azərbaycan Ali Məhkəməsinə sədr müavini və məhkəmə kollegiyalarına sədr, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədr və bəzi birinci instansiya məhkəmələrinə sədrlər təyin edilib.

Reportyor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.


Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə:
Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib;
Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;
apellyasiya məhkəmələri üzrə:
Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
inzibati məhkəmələr üzrə:
Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilib;
Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri təyin edilib;
İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri təyin edilib;
Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri təyin edilib;
kommersiya məhkəmələri üzrə:
İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib;
rayon (şəhər) məhkəmələri üzrə:
Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilib;
Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


KARUSEL / CƏMİYYƏT
Tarix: 6-05-2025, 16:40