Bu şəhərlərin apellyasiya məhkəmələrinə yeni hakimlərin namizədliyi təsdiqlənib
Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlərin namizədliyini təsdiq edib.
Bununla bağlı qərar layihələri Milli Məclisin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Bakı İnzibati Məhkəməsinin hakimləri Elvin Əliyev və Mehriban Qarayeva, Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Günel Abbasova və Səadət Səlimova, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Gəncə Şəhər Məhkəməsinin hakimi (sədrin müavini) Tural Qocayev, Hacıqabul Rayon Məhkəməsinin sədri Zaur Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudov, Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafa Mustafayev, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əli Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin ediliblər. Ədil Məmmədov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.
Göygöl Rayon Məhkəməsinin hakimi Əyyub Kərimov, Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayev, Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənov Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.
Füzulu Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov, Gəncə İnzibati Məhkəməsinin hakimi Fikrət Hüseynov, Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənov və Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar. Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri İlkin Abdullayev və Məhəmməd Bağırov vəzifələrindən azad ediliblər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-04-2024, 12:38