mobil versiya

Pakistan ilə Misir hərbi və müdafiə əməkdaşlığını gücləndirir




Pakistan Misir ilə hərbi və müdafiə əməkdaşlığını gücləndirmək niyyətindədir.

Bu barədə Pakistan ordusunun media qanadı olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) idarəsi məlumat yayıb və bildirib ki, Pakistan ordusunun rəisi feldmarşal Seyid Asim Munir Misirdədir və ikitərəfli hərbi əməkdaşlığı gücləndirmək üçün yüksək rütbəli müdafiə və hərbi rəsmilərlə görüşlər keçirib.

PHər iki tərəf arasında regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb.

ISPR bildirib ki, səfəri zamanı feldmarşal Misirin müdafiə naziri general Əbdül Məcid Saqar və ölkənin silahlı qüvvələrinin qərargah rəisi general-leytenant Əhməd Xəlifə Fatehi ilə görüşüb.

Pakistan ordusunun rəisi Misiri qardaş ölkə adlandırıb və əlavə edib ki, iki dövlət arasında əməkdaşlıq təkcə onların xalqına fayda verməyəcək, həm də regionda sülhə və sabitliyə gətirib çıxaracaq.

ISPR bildirib ki, "Səfər iki qardaş ölkə arasında hərbi əməkdaşlığı və müdafiə əməkdaşlığını gücləndirmək məqsədi daşıyır".

Pakistan və Misir arasında səmimi əlaqələr var və hər iki ölkə son illərdə iş adamlarına viza verilməsini asanlaşdırmaq, ticarətlə bağlı məlumat mübadiləsi aparmaq və özəl sektor əlaqələrini inkişaf etdirmək qərarına gəlib.

İki ölkənin hərbi və müdafiə rəsmiləri regional təhlükəsizlik vəziyyətini nəzərdən keçirmək üçün müntəzəm olaraq görüşlər keçirirlər. Pakistanın birgə qərargah rəisləri komitəsinin sədri general Sahir Şəmşad Mirzə bu ilin iyul ayında iki ölkə arasında müdafiə və təhlükəsizlik danışıqlarının üçüncü raundu üçün Misirə səfər etdi.

İyul ayında hər iki ölkənin yüksək vəzifəli rəsmiləri kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və əkinçilik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə etdilər və İslamabad Qahirənin bu sahələrdəki uğurlu təcrübələrindən öyrənməkdə maraqlı olduğunu bildirdi.


Reportyor.az


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:15