mobil versiya

İslamiada: Azərbaycanın futzal millisinin rəqibləri məlum olub



Azərbaycanın futzal millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bilinib.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq.

B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıb.
Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də baş tutacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da keçiriləcək.
Qızıl, gümüş və bürünc medalçıların adları isə iku gün sonra – noyabrın 11-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.

Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 24-10-2025, 12:56