mobil versiya

Futzal üzrə Tacikistan Milli Komandası 2026-cı il AFC Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanıb




Tacikistan Futbol Federasiyası xəbər verir ki, futzal üzrə Tacikistan milli komandası 2026-cı il AFC Asiya Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Təsnifat turnirinin final mərhələsində yığmamız C qrupunda dördqat Asiya çempionu Yaponiya ilə qarşılaşıb. Qarşılaşma gərgin mübarizə şəraitində keçib və Yaponiyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, 6 xalla Tacikistan Milli Futzal Komandası C qrupunda ikinci yeri tutaraq 2026-cı ildə İndoneziyada keçiriləcək AFC Futzal Asiya Kubokunun Final mərhələsinə vəsiqə qazanıb.

Reportyor.az

KARUSEL / İDMAN
Tarix: 25-09-2025, 14:35