mobil versiya

MDB Oyunlarında Azərbaycanın futbol millisinin rəqibləri müəyyənləşib




Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunlarında futbol yarışının püşkü atılıb.

Püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 komandaları üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu
27 sentyabr
12:00. Tacikistan – Azərbaycan
29 sentyabr
14:00. Qırğızıstan – Tacikistan
1 oktyabr
14:00. Azərbaycan – Qırğızıstan
B qrupu
27 sentyabr
14:00. Belarus – Rusiya
29 sentyabr
12:00. Belarus – Özbəkistan
1 oktyabr
12:00. Rusiya – Özbəkistan
3 oktyabr
12:00. 5-ci yer uğrunda matç
14:00. 3-cü yer uğrunda matç
4 oktyabr
14:00. Final

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 18:27