“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayır
Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.
Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Çempionlar yolunun II qrupunda baş tutacaq oyunun qalibi “Vlajniya” (Albaniya) - “Lançxuti” (Gürcüstan) cütünün güclüsü ilə finalda üz-üzə gələcək. Məğlub komandalar isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar. Həmin oyunlar sentyabrın 7-də keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 4-09-2024, 10:37