mobil versiya

“Sankt-Pölten” – “Neftçi” oyununun hakimləri müəyyənləşib



Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
AFFA-nın rəsmi saytında qeyd edilib ki, Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüş Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi Yelena Kumer olacaq. Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.
Qarşılaşma sentyabrın 4-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

KARUSEL / İDMAN
Tarix: 23-08-2024, 18:05