mobil versiya

“Bayer” – “Qarabağ” oyununu bu hakimlər idarə edəcək



UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Almaniyada keçiriləcək oyun İngiltərədən olan hakimlər briqadasına həvalə olunub.
Matçda ədaləti Entoni Teylor qoruyacaq. Ona yan xətt hakimləri Qari Besvik və Adam Nunn kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Endryu Madli yerinə yetirəcək.
VAR-da Stüart Attvell, onun köməkçisi isə Jarred Gavan Gillett olacaq.
Qeyd edək ki, martın 14-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.

KARUSEL / İDMAN
Tarix: 12-03-2024, 14:46