Azərbaycan çempionunun rəqibi bəlli olub
UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirilib.
Mübarizəyə II mərhələdən başlayacaq “Sabah” İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq.
İlk oyun oktyabrın 23-də səfərdə, cavab matçı isə noyabrın 6-da evdə baş olacaq.
Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Sabah” ötən mövsüm AFFA Gənclər Liqasının qalibi olaraq Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
KARUSEL / İDMAN
Tarix: 3-09-2024, 13:21