mobil versiya

"Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında cavab oyununa çıxacaq


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Çempionlar Yolunda mübarizə aparan “qırmızı-qaralar” l mərhələnin cavab oyununda Macarıstanda “Puşkaş Akademiya” klubunun qonağı olacaq.
Norveçdən olan Məhəmməd Usman Aslamın idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
KARUSEL / İDMAN
Tarix: 25-10-2023, 12:00