mobil versiya

“Qarabağ” qrup mərhələsində bu gün ilk oyununu keçirəcək


UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.
Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq oyunda Norveçin “Mölde” klubu ilə qarşılacaq.
Matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Con Beatona, Daniel Makfarlane, Duqlas Potter yardım edəcək.
Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.
H qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveç "Hakken"ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.


KARUSEL / İDMAN
Tarix: 21-09-2023, 11:43