mobil versiya

Bu gün “Qarabağ” - “Nant” matçı var




Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə Fransanın “Nant” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 20:45-də başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İDMAN
Tarix: 15-09-2022, 10:22