mobil versiya

"Qarabağ" - "Sevilya"ya məğlub oldu (YENİLƏNİB)



UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"  İspaniya "Sevilya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Sevilya"nın heyətində Xavyer Ernandes 62-ci dəqiqədə hesabı açıb. 

“Çiçarito” ləqəbli meksikalı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə isə Munir qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres fərqi daha da artırıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq.

22:40

UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında ikinci qol vurulub.


Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda fərqi daha da artırıb. Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb.

22:23

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın “Sevilya” komandası ilə qarşılaşır.

Qarşılaşmanın 62-ci dəqiqəsində hesab açılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaq komanda önə keçib. Rəqibin heyətində Xavyer Ernandes cərimə zərbəsindən fərqlənib

Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Xayme Romero, Zubir və Maqaye Qeye yer alıblar.

“Sevilya”nın heyətində isə meydana Vaclik Tomas, Pozo Alexandro, Kounde Xules, Dieqo Karlos, Serxio Eskudero, Xoan Xordan, Nemanya Qudel, Oliver Torres, Franko Vazquez, Xavyer Ernandes və Munir El-Haddadi çıxıblar.

Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.
KARUSEL / İDMAN
Tarix: 19-09-2019, 23:29