“Qarabağ”ın potensial rəqibi bu gün məlum olacaq
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi üçün püşkatma olacaq.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Ağdam təmsilçisinin “Ludoqorets” (Bolqarıstan) komandası ilə təşkil etdiyi cüt Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.
Çempionlar yolu
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Srvena Zvezda” (Serbiya)
“Malmö” (İsveç) – PAOK (Yunanıstan)
“Midtullan” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi
“Yanq Boyz” (İsveçrə)
Səpələnməmişlər
“Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi
“Qalatasaray” (Türkiyə)
“Slovan” (Slovakiya) – APOEL (Kipr) cütünün qalibi
“Yagellonya” (Polşa) – “Budyo Qlimt” (Norveç) cütünün qalibi
“Sparta” (Çexiya) – “Styaua” (Rumıniya) cütünün qalibi
Liqa yolu
Səpələnmişlər
“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) cütünün qalibi
“Slaviya” (Çexiya) – “Yunion” (Belçika) cütünün qalibi
Səpələnməmişlər
“Lill” (Fransa) – “Fənərbağça” (Türkiyə) cütünün qalibi
“Zaltsburq” (Avstriya) – “Tvente” (Niderland) cütünün qalibi
Qeyd edək ki, pley-off görüşləri avqustun 20-21-i və 27-28-də oynanılacaq.
KARUSEL / İDMAN
Tarix: 5-08-2024, 11:37