mobil versiya

Ağdərədə turizm infrastrukturu yaradılacaq




Ağdərə rayonu, Sərsəng su anbarı ətrafında turizm infrastrukturu yaradılacaq.

Dövlət Turizm Agentliyi (DTA) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, agentlik qeyd olunan turizm infrastrukturunun yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işlərini "Apex Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 266 379 manat ödənilib.

DTA-nın müqavilə bağladığı "Apex Group" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Bağırlı Elvin Eldar oğludur.

Reportyor.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-07-2025, 09:54