mobil versiya

Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü olub



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin geniş tərkibdə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial media hesabında paylaşım edib.

Qeyd olunub ki, nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
"BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq da vurğulanıb. Bu və son yüksək səviyyəli səfərlər və imzalanmış sazişlər ölkələrimiz arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir".

Reportyor.az







KARUSEL / SİYASƏT
Tarix: 24-07-2025, 12:39