mobil versiya

Rusiyaya ŞOK TƏLƏB: torpaqlarımızı geri qaytarın!




Estoniya Rusiyadan əzəli torpaqlarını geri istəyir.

REPORTYOR.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin parlament sədri Henn Polluaas danışıb.

O, 1920-ci ildə imzalanan “Tartus” müqaviləsinin hələ də qüvvədə olduğunu xatırladaraq Peskov və Sankt-Peterburq vilayətlərinə aid bəzi ərazilərin Estoniyaya geri verilməsini tələb edib.

Parlament sədrinin sözlərinə görə, bu müqavilə iki ölkə arasındakı sərhədləri müəyyənləşdirir və beynəlxalq çərçivədə hələ də qüvvədədir. O həmçinin qeyd edib ki, Rusiya ilə 2014-cü ildə sərhədlərin müəyyənləşdirilməsi mövzusunda imzalanan razılaşma parlament tərəfindən təsdiqlənməyəcək.

Qeyd edək ki, “Tartus” Sovet Sosialist Respublikaları İttifaqı ilə Estoniya arasında imzalanıb. Müqaviləyə əsasən, Peskov əyalətinin bir hissəsi və Sankt-Peterburqun bir sıra bölgələri Estoniyaya verilməli idi. 1944-cü ildə Estoniyanın işğalından sonra Rusiya bu bölgələri ilhaq etdi. 2005-ci ildə iki ölkə yeni sərhəd razılaşması imzaladı. Bu zaman Estoniya “Tartus”a yeni müddəa əlavə etdi. Moskva isə bunun qəbuledilməz olduğunu bildirərək 2014-cü ildə yeni müqavilə imzalanmasını təmin etdi. Lakin bu da iki ölkənin parlamentləri tərəfindən qəbul olunmadı.
KARUSEL / SİYASƏT
Tarix: 5-01-2021, 11:45