mobil versiya

İstirahət günü hava necə olacaq - PROQNOZ



Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən reportyor.az-a verilən xəbərə görə, arabir güclənən şimal-qərb  küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 14-17° isti, gündüz  22-25° isti,Bakıda gecə 15-17° isti, gündüz 23-25°  isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı,arabir  yağış yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz  13-18° isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza əsasən, sentyabrın 29-da Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da  bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

MANŞET / SAĞLAMLIQ / MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 28-09-2019, 14:53