mobil versiya

Ağstafa icra başçısının və müavinlərinin həbsi ilə bağlı bəzi təfərrüatlar: Onları gecə evlərindən götürüblər




Ağstafa rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və müavinləri Ramiz Tatarovla Lalə Eyyubovanın həbsinin bəzi təfərrüatları məlum olub.

“Turan” agentliyi bildirir ki, icra başçısını və müavinlərini gecə evlərindən götürüblər. Gələnlər qara maskalarda və qara avtomobillərdə olub, ehtimal edilir ki, onlar DTX-nin əməliyyatçılarıdır.

Həbs edilənlərin ailə üzvlərinə heç bir izahat verilməyib. Yerli əhali də həbslərin səbəblərini bilmir. Lakin əsas təxminlər korrupsiya ilə bağlıdır.

 

Hüquq-mühafizə orqanları hələlik Ağstafadakı həbslər barədə rəsmi məlumat yaymayıblar. Belə məlumatın yaxın saatlarda yayılacağı istisna deyil.
Əvvəlcə Ağstafa rayon İcra Hakimiyyətindən başçının və müavinlərinin həbsini təkzib ediblər. Lakin günün ikinci yarısında həbslər barədə yayılmış məlumatı təsdiqləyiblər. İcra hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, N.Quliyev və R.Tatarov saxlanıblar: «Saxlanmalarının səbəbi barədə heç nə deyə bilmərəm. Hazırda icra başçısının vəzifəsini müavin, sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev icra edir».

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 19-12-2019, 18:19