mobil versiya

İcra başçısının villaları, şirkətləri, hotellərinin siyahısı - AÇIQLAMA




Sosial şəbəkələrdə Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısı paylaşılıb. 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğu bildirilib.

Məsələyə münasibət öyrənmək üçün Şəki şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq.

İcra başçısı Elxan Usubovla şəxsən danışa bilməsək də, onun köməkçisi Yusif Məmmədovla əlaqə saxlaya bildik.

Yusif Məmmədov açıqlamasında bildirdi ki, icra başçısı haqqında yayılan informasiya həqiqəti əks etdirmir.

“Bu xarakterli məlumatlar azad informasiya cəmiyyətində yayıla bilər. Bugünkü gündə, informasiya çağında hər kəs istədiyi məlumatı yayır.
Evindən oturub ağlına gələni yazır. Bu, qarşısıalınmaz bir işdir. Hazırda kiməsə şər atmaq asandır.

Kiminsə normal evi ola bilər. Lakin bunu götürüb şişirtmək və 100 ev etmək olmaz axı.

Bunlar şər və böhtan xarakterli məlumatlardır. Xüsusi qruplar tərəfindən Şəkinin icra başçısı Elxan Usubovun xidməti fəaliyyətinə ləkə və qüsur gətirmək üçün yayılan xəbərlərdir.

Həmin xəbərləri yayan şəxslər barəsində Elxan Usubov hüquq-mühafizə xidmətlərinə müraciət edəcək. Öz hüquqlarını qoruyacaq”.

Qeyd edək ki, Elxan Usubovun əmlakının olduğu deyildiyi siyahı belə idi:

Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil
Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil
Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil
Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi
Şəkidəki süd zavodu
Şəkidəki "Sünbül” çörəkbişirmə sexi
Şəkidə M.F.Axundov prospektində yerləşən "Şəki” hoteli
Şəkinin Kiş kəndindəki "Narınqala” hoteli
Şəkinin Kiş kəndində "Şam bağı” hoteli
Kiş kəndində "Cənnət bağı” hoteli
Dağüstü park deyilən yerdəki "Panorama” hoteli
Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
Ağstafada bir malikanə
Gürcüstanda böyük fındıq zavodu
”CHEMİCO CO LTD” MMC şirkəti
”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı) //BAKU.WS




MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 20-05-2020, 13:51