mobil versiya

İtaliya tarixi binalarını satır



İtaliya hökuməti 2,3 trilyon dollarlıq borcuna görə dövlət mülkiyyətində olan tarixi daşınmaz əmlaklarını satışa çıxarır.
Bu barədə “Financial Times” qəzeti məllumat yayıb. Qəzetin xəbərinə əsasən, hərracda əsasən tarixi palatsolar (saray), monastırlar, qalalar, keçmiş hərbi kazarmalar, həbsxanalar və mayaklar satılacaq. Bunlardan biri əsası 12-ci əsrdə qoyulan San-Salvador monastırıdır. O, Venetsiyada Rialto körpüsü yaxınlığında yerləşir və dəyəri 28 milyon dollarla ölçülür. Əvvəllər burada İtaliyanın dövlət telefon şirkəti yerləşib.
Digər qiymətli əmlaklardan Roma yaxınlıqndakı Çivitella Mezi kəndindəki qəsri, Komo şəhərindəki keçmiş həbsxananı, Florensiya ilə yanaşı olan Fyezoledəki villanı göstərmək olar. Sonuncu obyekt vaxtilə İtaliyanın ən qüdrətli ailələridən biri sayılan Mediçilərin düşmənlərindən birinə məxsus olub.
Hökumət tarixi binaların satılması sayəsində həm onların saxlanmasına çəkilən xərclərdən qurtulmağı, həm də dağılıb məhv olmasının qarşısını almağı planlaşdırır. 2019-cu ildə təxminən 1200 tarixi meydan 38 milyon dollara əldən çıxarılıb. Bundan başqa olduqca bahalı sayılan 400 obyektdən 93-ü haqqında iyul ayında satış elanı verilib. Hərracın oktyabr ayında keçirilməsi gündəmdədir. 
Hökumətin satışlardan əldə etmək istədiyi məbləğ 1,2 milyard avro civarındadır. 
Bu Avropa Komissiyasının İtaliya qaşrısındakı tələblərini yerinə yetirmək üçündür. Komissiya 2019-cu ilin sonuna qədər rəsmi Romadan ölkənin maliyyə vəziyyətini düzəldilməsi məqsədilə 17 milyard dolarlıq dövlət aktivini satmağı tələb edir.

MANŞET / DÜNYA
Tarix: 4-08-2019, 20:50