mobil versiya

Baliyə getmək istəyənlərin nəzərinə!


Davamlı gözəllik və ənənələr diyarı olan İndoneziyanın Bali adası, davamlılıq çərçivəsində zəngin adətlərini, müdrikliyini və təbiətini qorumaq üçün 14 fevral 2024-cü il tarixindən beynəlxalq turizm vergisini (international Tourism Levy) qəbul edir.
Turizm vergisi: bir nəfər üçün ödəniş 150.000 IDR-dir (10 ABŞ dolları).
Birdəfəlik ödənişi səyahətdən öncə icra etmək tövsiyə olunur.

Turizm Vergisini Ödəmək üçün Asan Addımlar

"Love Bali" onlyn tətbiqi vasitəsilə ödəniş edin.
lovebali.baliprou.go.id saytına daxil olun və ya proqramını yükləyin.
Məlumatları daxil edin və ödəyin.
"Levy" çekinizi e-poçt vasitəsilə əldə edin.
Yoxlama məntəqələrində çekinizi skan edin.
Turizm vergisi ödəməklə Balini əngəlsiz kəşf edin!


Turizm Vergisindən Kimlər Azaddır?


İstisnalar aşağıdakılara şamil edilir:
1. Diplomatik və rəsmi viza sahibləri.
2. Nəqliyyat qrupu
3. KITAS/KITAP sahibləri.
4. Ailə birləşməsi, qızıl və tələbə vizası sahibləri.
5. Xüsusi qeyri-turizm vizası sahibləri
Yuxarıda göstərilənlərdən birinə uyğun gəlsəniz, səyahətdən bir ay əvvəl "Love Bali" tətbiqində azad olmaq üçün müraciət edin. (Daşıma heyəti müraciətdən azaddır)



MARAQLI / KARUSEL
Tarix: 19-01-2024, 12:54