mobil versiya

Pakistanlı qadın üzərində ərəbcə söz olan paltarına görə qəzəbli kütlə ilə üzləşib



Pakistanda bir qadının paltarı üzərində yazılan ərəb hərflərini səhvən Quran ayələrinə bənzədən qəzəbli kütlə onu İslam dinini təhqir etməkdə günahlandırıb.
Bu barədə BBC News  xəbar verir. 
Küçədə ətrafına yüzlərlə qəzəbli insanın yığıldığı qadını polis xilas edib və oradan uzaqlaşdırıb.
Paltarın üzərində ərəb hərfləri ilə xəttatlar tərəfindən işlənmiş, ərəbcə şirniyyat mənasını verən “halva” sözü əks olunub.
Pakistanda İslam dinini təhqir edənlər ölümlə cəzalandırılır. Bəzi insanlar hətta məhkəməyə çıxarılmazdan əvvəl linç ediliblər.
Sosial mediada qorxu içində restoranın bir küncünə qısılmış və əlləri ilə üzünü qoruyan bir qadının video görüntüləri yayılıb. Videoda onun ətrafında təxminən 300 nəfərlik və getdikcə artan kütlənin olduğu görünür.
Daha sonra əraziyə polislər gələrək qəzəbli kütlə ilə qadın arasında sipər çəkirlər. Əl-ələ verən polislər sədd yaradaraq, qadını kütlənin arasından çıxarırlar.
Sonra qadın yanlışlığa görə üzr istəyib.

MARAQLI / KARUSEL
Tarix: 26-02-2024, 15:40