mobil versiya

Aqşin Fateh: "O vaxtlar Rəqsanənin bərk gedən vaxtları idi, mən də cavan uşaq..." - VİDEO




Müğənni Rəqsanə İsmayılovanın ifasında məşhurlaşan "Mən səni görmək istəsəm, hara gəlim?" mahnısının müəllifi meyxanaçı Aqşin Fateh imiş.

Meyxanaçı bu barədə ARB-nin "Səhər-səhər" proqramında danışıb. O deyib ki, sözügedən mahnını Rəqsanə ilə duet oxumaq istəsə də, qarşı tərəf buna razı olmayıb:

"İlk məşhurlaşan mahnım Rəqsanə İsmayılovanın repertuarındakı "Mən səni görmək istəsəm, hara gəlim?" mahnısıdır. O vaxtlar Rəqsanə xanımın bərk gedən vaxtları idi, mən də cavan uşaq idim. Mahnını tək oxumaq istədi, mən də dedim ki, tək oxumaq istəyirsənsə, pulunu ver. O da acığa mahnının altına mənim adımı yazmadı. Adım müəllif kimi yazılmasa da, mahnımın kütləvi şəkildə tanınmasına çox sevindim".



MARAQLI / KARUSEL / VİDEOXƏBƏR
Baxılıb: 72 Tarix: 17-02-2020, 12:40


Şərh bildir
yenilə, əgər kod görünmürsə