mobil versiya

İnsan bədənindən cin necə çıxarılır? - Cindar Vüsal Mərdanovdan şok açıqlamalar - VİDEO




Vüsal Mərdanlı uzun illərdir, cin cıxarma ilə məşğul olur. Bu bacarıq onda uşaq yaşlarında aşkar olub.

Eşitdiyi bir səsdən qorxsa da, daha sonra bunu araşdırmaq qərarına gəlib.

Beləliklə də o, Türkiyəyə gedərək, dediyinə görə, bu sahənin mütəxəssisi ilə görüşüb. REPORTYOR.AZ xəbər verir ki, Vüsal Mərdanlı baş verənlərlə bağlı BAKU.TV-yə müsahibə verib.

O zamandan müsahibim cinlərlə danışdığını, hətta dostluq etdiyini iddia edir. Vüsal Mərdanlı cin çıxarmanın bir elm olduğunu qeyd edir.
Onun sözlərinə görə, cinlər bizim əhatəmizdədir. Onlar hər zaman bizim həyatımıza müdaxilə edir.

Müsahibim cinlərin müdaxilə etdiyi adamların psixoloji cəhətdən zəif olduğunu, neqativə kökləndiyini qeyd edir, hətta cinlərdən qorunmağın yollarını da izah edir. Onun iddiasına görə, cin toxunan insanlar çox əziyyət çəkirlər. Onların bədənində bir çox hallarda yazılar olur ya da müəyyən ləkələr.

Vüsal Mərdanlıya müraciət edənlərin isə sayı-hesabı yoxdur. Dediyinə görə, indiyədək onun yanına gələnlərin sayı öz hesablamasına görə 60.000-i keçib. Müsahibim cinlərin xarici görünüşünü də təsvir etdi.

Onun sözlərinə görə, texnologiyanın daha da inkişaf etdiyi zamanda biz hətta cinlərlə danışa biləcəyik. Vüsal Mərdanlının cinlər haqqındakı reportajını BAKU.TV-nin xüsusi buraxılışında izləyə biləcəksiniz.



MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 27-05-2020, 13:23