Bakıda “Hindistanın ən yaxşıları” sərgisi keçiriləcək

Biznes və ticarətdən əlavə tədbir həmçinin, milli rəqslər və s. vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq. Sərgiyə giriş sərbəstdir.
Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 2018-ci ildə 923 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrlarını və tələbələrini Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq var.
/trend.az/
ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 29-08-2019, 09:17