mobil versiya

Sabahın hava proqnozu açıqlanıb



Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən reportyor.az-a verilən məlumata görə, gündüz mülayim cənub-şərq  küləyi əsəcək. 

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.  

Sentyabrın 30-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti,  dağlarda gecə 5-10° isti, gündüz  12-17° isti təşkil edəcək.
SAĞLAMLIQ / KARUSEL / ÖLKƏ
Tarix: 29-09-2019, 13:41