mobil versiya

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - Məşhur şəxs az öncə VƏFAT ETDİ - FOTO



Texnika elmləri doktoru, akademik, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Telman Əliyev 80 yaşında dünyasını dəyişib.

"Ölkə.Az" xəbərinə görə, bu barədə professorun yaxınları məlumat verib.

Bildirilib ki, T.Əliyev ötən gün qəfl vəfat edib: "Təzyiqdən əziyyət çəkirdi. Dünən qəfldən təzyiqi aşağı düşdü və qaldıra bilmədik".

T.Əliyev Ukrayna İnşaat Akademiyasının akademiki (2000), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru (1996), Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki (2008) idi.

Mərhum Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru olub.(Hit.az)

Allah rəhmət eləsin!



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-03-2021, 14:39