mobil versiya

Yaqub Zurufçu "Qurd qapısı" qəbirstanlığında dəfn ediləcək - YENİLƏNİB



Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.

REPORTYOR.AZ-ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirib ki, mərhum Bakının "Qurd Qapısı" qəbirstanlığında torpağa tapşırılacaq.

***09:15

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "report"a sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.
SON XƏBƏR / KARUSEL
Tarix: 15-09-2021, 09:50