mobil versiya

Bakı İdman Sarayına yeni direktor təyin olunub



Bakı İdman Sarayına yeni direktor təyin olunub.

REPORTYOR.AZ-ın report-a istinadən məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, saraya rəhbərlik Əli Əsgərova həvalə olunub. Ə.Əsgərov bu gündən fəaliyyətə başlayıb.

O, yeni təyinatadək "Azərişıq" ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. C.Kazımova dekabrın 20-də işdən çıxarılıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 22-12-2021, 21:00